"Ulu Öndər" mövzusunda dərs dinləməsi oldu

11 may 2017-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Validə Hüseynovanın 2e sinfində Azərbaycan dili fənnindən “Ulu Öndər” mövzusunda dərs dinləməsi oldu. Dərsdə 278 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi T.Ə.Mirzəyeva, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi A.Ə.Məmmədova və digər müəllimlər iştirak edirdilər. Dərs zamanı müəllim dərsin mərhələlərinə düzgün əməl etdi, motivasiya və tədqiqat sualları məqsədəuyğun idi, tədqiqatın aparılması zamanı müəllim şagirdləri qruplar formasında işlətdi, mübadilə və müzakirə zamanı hər bir şagirdə xüsusi diqqət ayırdı, ümumiləşdirmə aparıldı, şagirdlər qiymətləndirildi. Dərsin dinlənilməsində əsas məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni metod və üsulların tətbiq edilməsidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi