Ulu Öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

10 may 2017-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.3.20 bəndinə əsasən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi E.T.Qədirova məktəbin 5a sinif şagirdləri ilə birgə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirdi. Tədbirdə məktəbin direktoru N.F.Ağcayev, təlim-tərbiyə işləri üzrə direktor müavini E.H.Muqumov və müəllimlər iştirak edirdilər. Aparıcılar Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışdılar. Ulu Öndərin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən biri olduğu qeyd edildi. Daha sonra şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirdilər. Sonda Ümummilli Lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə həsr edilmiş video çarxlar nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi