Qələbənin 72-ci ildönümü Hövsanda geniş qeyd olundu

1941-1945-ci illər müharibəsində qələbənin 72-ci ildönümü Suraxanı rayonunda geniş qeyd olunmuşdur. “9 may - Qələbə Günü” münasibəti ilə rayonun bütün qəsəbələrində rayon rəhbərliyinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, ictimaiyyət nümayəndələrinin və veteranların iştirakı ilə təntənəli tədbirlər keçirilmiş, abidə komplekslərinin önünə tər güllər qoyulmuşdur. 9 may 2017-cı il tarixdə ümumrayon tədbirində Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Böyük Vətən müharibəsinin iştirakçıları, arxa cəbhə veteranları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Hövsan qəsəbəsində yerləşən “1941-1945” abidə kompleksinin əsaslı təmir və bərpa işlərindən sonrakı vəziyyəti ilə tanış oldular, abidə önünə tər güllər düzdülər. Bu əlamətdar bayram münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar - o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. Onların hər birinə uzun ömür və cansağlığı arzuladı. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev daim müharibə veteranlarına xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. İlqar Abbasov xüsusi vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev İkinci dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Tədbirdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov çıxış etdilər. 118 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı kompozisiya nümayiş etdirildi. Çıxış edən veteran Müseyib Bayramov döyüş xatirələrini söylədi, veteranlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi