“Yaşıl şəbəkə”-Bakı məktəblilərinin II Ekoloji Forumu

Məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək və ətraf mühitin qorunmasında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi 6 may 2017-ci il tarixində “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində Bakı məktəblilərinin və “Ekoklub” üzvlərinin II Ekoloji Forumunu keçirib. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin və digər təşkilatların nümayəndələri, ekologiya üzrə beynəlxalq ekspertlər, 400-dən çox məktəbli və “Ekoklub” üzvü iştirak edib. Forumda məktəbimizi 9c sinif şagirdi Ağayev Ramil təmsil etdi. Forumun rəsmi açılışı Azərbaycan Dövlət İqtisad Universitetinin konfrans zalında, “Yaşıl məktəb”, “Yaşıl turizm”, “Yaşıl elm və texnologiya”, “Yaşıl şəhər”, “Yaşıl liderlər və cəmiyyət”, “Yaşıl kənd təsərrüfatı”, “Yaşıl iqtisadiyyat” mövzuları üzrə təqdimatlar T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə keçirilib. Ramil enerji ehtiyatlarının səmərəli istifadəsi, tullantıların təkrar istifadəsinin kreativ həlli, suyun qənaətlə istifadəsi, sağlam qidalanma, iqlim dəyişmələrinin təsirinin azaldılması məqsədilə görülən işlər haqqında aldığı geniş məlumatların yeni layihələrində ona kömək edəcəyini və forumdan çox maraqlı təəssüratlar, yeni dostlar qazandığını qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi