“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda konfrans və inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib
5 may 2017-ci il tarixində Gəncliyə Yardım Fondunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Bakı şəhər tam orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda konfrans və inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbir açıq elan olunduqdan sonra toplantı iştirakçıları tərəfindən Azərbaycan Dövlət himni canlı olaraq səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video rolik tədbir iştirakçılarına təqdim olunub. Tədbirdə Gəncliyə yardım Fondunun prezidenti Ahmet Tecim, Prezident Admistrasiyasının əməkdaşı Rasim Mirzəyev, Millət Vəkili Qənirə Paşayeva Heydər Əliyevin gənclərə verdiyi dəyərdən söz açaraq gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olmasının dövlət üçün önəmli olduğunu vurğulayıblar. Sonda “ Heydər Əliyev və Müstəqil Azərbaycan ” mövzusunda keçirilən inşa yazı müsabiqəsində I, II, III yerə layiq görülmüş və fərqlənmiş şagirdlərə müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təltif olunub. Qeyd edək ki, fərqlənən şagirdlər arasında məktəbimizin VIIIc sinif şagirdi Baxşəliyeva Ləman Şükran qızı da olub.