“Heydər Əliyev Müstəqil Azərbaycanın memarı və qurucusudur”
Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Müstəqil Azərbaycanın memarı və qurucusudur” adlı tədbir keçirildi. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Barxudar Barxudarov, 76 nömrəli tam orta məktəbin direktoru Nəriman İsmayılov, 270 nömrəli tam orta məktəbin direktoru Əli İsgəndərov, 280 nömrəli tam orta məktəbin direktoru Rövşən Qasımov, 281 nömrəli tam orta məktəbin direktoru Gülşən Əliyeva, məktəb valideyn icmasının sədri Hacı Allahverən Məmmədov və digər qonaqlar iştirak edirdi. Tədbir iştirakçıları əvvəlcə məktəbin həyətyanı sahəsində ağaclar əkdilər, ərazidə təmizlik işləri aparıldı, sonra məktəbin şagirdlərinin Ümummilli Lider Heydər Əliyevlə bağlı hazırladıqları əl işlərinə baxış keçirildi, daha sonra tədbir məktəbin akt zalında davam etdi. Məktəbin direktoru Nizaməddin Ağcayev və digər çıxış edənlər bildirdilər ki, Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi təhsil sferasının da təməli qoyuldu. Tədbirdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş müxtəlif video çarxlar göstərildi. Tədbir Ulu Öndərə həsr olunanan ədəbi-bədii kopmazisiya ilə davam etdi. Sonda məktəbin direktoru çıxış edərək tədbir iştirakçılarına və təşkilatçılara-Aynur Məmmədovaya, Gülər Osmanovaya, Ülviyyə Nəzərliyə təşəkkür etdi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “İnşa yazı müsabiqəsi”ndə, “Şeir müsabiqəsi”ndə, “İdman yarışları”nda və “Ağacəkmə kompaniyası”nda fərqlənən şagirdləri və sinifləri fəxri fərmanla təltif etdi.