"Bilik günü"tədbiri

Sentyabrın 15-də Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı,Bilik günüdür.Ölkəmizdə yeni dərs ili başlayır.Bu münasibətlə bu gün 118 nömrəli məktəbdə tədbir keçrildi.Tədbirdə məktəbin bütün müəllim və şagird kollektivi,Hövsan kəndinin sakinləri,valideynlər iştirak edirdi.Tədbiri giriş sözüylə açan məktəbin direktoru N.Ağcayev,bu gün münasibətilə hər bir kəsi təbrik etdi,qədəmlərini ilk dəfə məktəbə qoyan birincilərə uğurlar dilədi.N.Ağcayev Azərbaycan təhsilinin bu günki inkişafından söz açaraq ölkə rəhbərliyinin apardığı uzaqgörən və məqsədyönlü siyasətin nəticəsi olaraq qlobal miqyaslı təhsil quruculuğu haqqında danışdı.O,qeyd etdi ki,son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub.Prezident İlham Əliyevin qayğısı,H.Əliyev fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir.O,həmçinin məktəbdə baş verən yeniliklər,inkişaf barədə ətraflı məlumat verərək qeyd etdi ki,aparılan işlər səmərəsini vermiş,bu il respublikamızın ali məktəblərinə sənəd verən 6 abituriyentdən 5-i nüfuzlu ali məktəblərin tələbəsi adını qazanmışlar.Şagirdlərin sayında nəzərə çarpacaq dərəcədə artım müşahidə olunmuşdur.N.Ağcayev bu uğur və nailiyyətlərin əldə olunmasında kənd sakinlərinin xüsusi rolu olduğunu xüsusi vurğuladı və onlara məktəbin işində yaxından dəstək olduqlarına görə öz təşəkkürünü bildirdi.Kən sakinlərindən çıxış edənlər görülən işlərlə bağlı çıxış etdilər,qarşıdan gələn tədris ilində də məktəblə əməkdaşlığı davam etdirəcəklərinə söz verdilər.Sonra məktəbə yeni qədəm qoyan birincilərin ifasında seirlər,mahnılar səsləndirildi.Tədbir yuxarı sinif şagirdlərinin bir-birindən maraqlı çıxışları ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi