118 nomrəli məktəbdə pedoqoji şura iclası keçirildi

Sentyabr ayının 14-də 118№li məktəbdə 2015-2016-cı tədris ilinin ilk pedaqoji şura iclası keçirildi.Məktəbin direktoru N.Ağcayev şuranın gündəliyində duran məsələləri şura üzvlərinin diqqətinə çatdırdı.Pedaqoji şura iclasının gündəliyində aşağıdakı məsələlər öz əksini tapmışdır:1.2015-2016-cı tədris ilinin yekunu və təhsil sistemində islahatlarla əlaqədar tərbiyə-təhsil sisteminin yaxşılaşdırılması sahəsində yeni dərs ilində kollektivin qarşısında duran vəzifələr.2.2015-206-cı tədris ili üçün məktəbin illik planının müzakirəsi və təsdiqi,pedaqoji şuranın planının müzakirəsi və təsdiqi,direktoriyanı müşavirənin,direktorun illik,d\m illik planının,kitabxananın iş planının təsdiqi.3.Sinif rəhbərlərinin,dərnək rəhbərlərinin,metodiki şuranın kabinet müdirlərinin,metodbirləşmə rəhbərlərinin təsdiqi.4.Şagirdlərə vətənpərvərlik hissinin aşılanması istiqamətində görüləcək işlər haqqında.5.Bilik yarışına hazırlıqla əlaqədar görüləcək işlər.6.İKT üzrə aparılan işlərə rəhbərliyin təsdiqi.İclasda təlim-tərbiyə işləri üzrə direktor müavini S.Tağıyevin geniş hesabatı dinlənildi.Hesabat ətrafında pedaqoji şura üzvlərinin çıxışları başlandı.Sonra məktəbin direktoru gündəlikdə duran məsələlər haqqında danışdı.Qoyulan məsələlərin hər birinə ayrıca fikir bildirildi və yeni təyinatlarla bağlı məlumat verildi.Pedaqoji şura üzvləri yeni təyinatların təsdiqi üçün səs verdilər.Sonda məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavini pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi,onlara uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi