"Oxu günü" tədbiri keçirildi
29 aprel 2017-ci il tarixində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə “Oxu günü” tədbiri keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, onlarda oxu vərdişlərinin inkişafına nail olmaqdır. Tədbirdə məktəbimizin rəhbərliyi, müəllimləri və şagirdləri iştirak etdilər, müxtəlif şəkillər çəkdirdilər.