Ədabiyyatda və incəsənətdə ana mövzusu
Ana müqəddəs varlıqdır. Onun ətri dəyən, əli dəyən hər şey gözəldir. Ana övladı üçün canını qurban verməyə həmişə hazırdır. Ana əlləri övladı üçün həmişə dua ilə qalxar, dua ilə enər, ana dodaqları dua ilə açılar, dua ilə yumular. Ana məhəbbəti kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından həzin bir musiqi yoxdur. Ana həyatımızın ən müqəddəs varlığı, ən ülvi canlısıdır. Ana qəlbində idraka sığmayan bir mərdlik, səbir və dözüm vardır. Bu mərdlik və dözümlülük qarşısında, bu ülvi məhəbbət qarşısında biz hamımız baş əyir, səcdə qılırıq. Ana məhəbbəti bir ümmandır, o övladının xoşbəxtliyi uğrunda bütün əzablara sinə gərir, hər bir çətinliklərə dözür, od ətrafında fırlanan pərvanə kimi ürəyinin yağını əridir. 28 aprel 2017-ci il tarixində məktəbimizin IXc sinif şagirdləri-Abdullayev Elvin və Ağayev Ramil “Ədəbiyyatda və incəsənətdə ana mövzusu” adlı təqdimat etdilər. Təqdimat zamanı şagirdlər qeyd etdilər ki, analarımız bizə həyatda əyilməməyi, məğrur olmağı öyrədir. Gəlin hər birimiz həyatda yalnız analarımız qarşısında əyilək, onlara baş əyək, onların qədrini bilək.