X siniflərdə monitorinqlər davam edir
28 aprel 2017-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.1.4.3. bəndinə əsasən şagirdlərin intellekt səviyyəsini müəyyənləşdirmək və peşə seçimində korreksiyalar aparmaq imkanı qazandırmaq məqsədi ilə məktəbimizin X siniflərində riyaziyyat, tarix və Azərbaycan dili fənlərindən monitorinq keçirildi. Monitorinq zamanı şagirdlərə hər biri 25 sualdan ibarət olmaqla 2 variantda test paylanıldı. Monitorinq məktəb rəhbərliyinin xüsusi nəzarəti altında keçirildi.