IX-XI sinif şagirdləri ilə psixoloji söhbət aparıldı

Məktəbin tədris və tərbiyə müəssisəsi olduğunu və vətəndaş yetişdirdiyini nəzərə alsaq, psixoloqların təhsil prosesində nə qədər əhəmiyyətli rol oynadığını və onların üzərinə çox çətin, məsuliyyətli iş düşdüyünü deyə bilərik. Nəzərə çatdıraq ki, əvvəllər bu sahəyə maraq bir o qədər olmasa da, son illər istər təhsil ocaqlarında, istərsə də digər yerlərdə psixoloji işin təşkilinə xüsusi diqqət yetirilir. Bunu nəzərə alaraq məktəbin psixolaqu İ.Ə.Qasımoa mütəmadi şəkildə şagirdlərlə görüş keçirir. Bələ görüşlərdən biri də məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini E.H.Muqumovun, psixoloq İ.Ə.Qasımovanın və məktəbin müəllimi A.Ə.Məmmədovanın iştirakı ilə bu gün baş tutdu. Məktəbin IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən bu görüş zamanı təlim, inkişaf, həyatda öz yerini tutmaq problemləri, həmyaşıdları ilə qarşılıqlı münasibətləri, özünütərbiyə məsələləri ilə bağlı şagirdlərə məsləhətlər verildi. Müəllimlər qeyd etdilər ki, şagirdlər qarşılaşdıqları hər hansı bir problem zamanı çəkinmədən onlara müraciət etsinlər. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi