Sentyabrın 9-da 118 saylı tam orta məktəbdə görüş keçirildi

Bu gün, E.Cəfərov adına 118 №-li tam orta məktəbdə Bakı şəhəri Baş Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva və BŞTİ-nin Ümumtəhsil şöbəsinin məsləhətçisi Sabir Həmidov ilə görüş keçirildi. Görüşün keçirilməsində əsas məqsəd yeni direktor təyinatı ilə bağlı idi. Təhsil Naziri cənab Mikayıl Cabbarovun əmri ilə 3 sentyabr 2015-ci ildə N.Ağcayev məktəbin direktoru vəzifəsinə təyin olunmuşdur . Təyinatla bağlı keçirilən bu görüşdə məktəbin bütün kollektivi iştirak edirdi. Görüşü giriş sözüylə açan M.Vəliyeva N.Ağcayevi 118 №-li tam orta məktəbə direktor təyin olunması münasibətilə təbrik etdi. O, həmçinin respublikamızda təhsilə, elmə göstərilən yüksək diqqət və qayğıdan söhbət açdı. Təhsil sahəsində baş verən yeniliklərdən müəllimlərin, xüsusilə də gənclərin yaxından yararlanmassı üçün öz tövsiyələrini verdi. Məktəbin biologiya müəllimi M.Qarayeva, dil-ədəbiyyat müəllimi A.Məmmədov, riyaziyyat müəllimi N. Şirəliyeva, kitabxana müdiri T.Mustafayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini S. Tağıyev öz təklif və sualları ilə çıxış etdilər. Bu suallar və təkliflər içərisində məktəbə verilmiş «Promethean» lövhələrin quraşdırılması, əsaslı təmir zamanı yol verilən nöqsanların aradan qaldırılması, məktəbin qarşısından keçən əsas magistral yolda şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, şagird kontingentinin sayının artmasını nəzərə alıb əlavə informatika otağının yaradılmasının zərururiliyi, istifadəyə yararsız kompüterlərin yenisi ilə əvəz olunması və digər məsələlər yer almışdı. Məktəbin problemləri ilə bağlı sualları dinləyən BŞTİ-nin müdir müavini bəzi problemlərin elə yerindəcə həll ediləcəyini öz öhdəsinə götürdü, digər çatışmazlıqların aradan qaldırılmasını da aidiyyatı təşkilatlara ünvalandırmağı söz verdi. BŞTİ-nin Ümumtəhsil şöbəsinin məsləhətçisi Sabir Həmidov öz çıxışında qoyulan məsələlərə öz münasibətini bildirdi. M. Vəliyeva yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq məktəbin kollektivini təbrik etdi və onlara işlərində yeni-yeni uğurlar arzuladı. Yekunda məktəbin direktoru N.Ağcayev ona göstərilən yüksək etimadı doğruldacağına söz verdi və Təhsil Nazirliyinin və Bakı şəhər Baş Təhsil İdarəsinin rəhbərliyinə məktəbin kollektivi adından öz dərin minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi