Şagirdlərimiz “Vətənini tanı” adlı məntiq və bilik yarışmasında iştirak etmişdir
Azərbaycan Respublikası Odlar Yurdu Universiteti və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə orta ümumtəhsil məktəbləri arasında keçirilmiş “Vətənini tanı” adlı məntiq və bilik yarışmasının zona turnirində 118 nömrəli tam orta məktəbin şagirdləri II yerə layiq görülmüşdur. Yarışda iştirak edən şagirdlərimizi - Almasova Rəhimə, Dərbəndəliyev Etibar, Əhmədzadə Nicat, Minəxanova Səbinə və Rəhmanova Nəzakəti təbrik edir, uğurlar arzulayırıq.