"Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" mövzusunda araşdırma işləri davam edir
2016/2017-ci tədris ilinin aprel ayı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" mövzusu araşdırılır. 118 nömrəli tam orta məktəbdə də araşdırma işləri davam etməkdədir. Bununla əlaqədar olaraq məktəbin biologiya müəllimi B.N.Alıyeva 20 aprel tarixində 6b sinfində "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" mövzusunda dərs keçdi. Dərs zamanı Azərbaycanın meşələri, qoruqları və faydalı bitkilər haqqında ətraflı danışıldı, müxtəlif video çarxlar nümayiş etdirildi, şagirdlərlə geniş müzakirələr aparıldı.