HƏR KƏS FÖVQƏLADƏ HALLARA HAZIR OLMALIDIR
Bu gün 118 saylı tam orta məktəbdə sıra düzülüşü zamanı Mülki Müdafiə ilə bağlı şagirdlərə məlumat verildi. Qeyd olundu ki, müəllimlərin mülki müdafiə işinin təşkilini, onun məqsədini, əhəmyyətini və fövqəladə hallar zamanı davranış qaydalarını bilmələri və daim şagirdlərə təbliğ etmələri olduqca vacibdir. Daha sonra II, V və VI siniflərdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini E.H.Muqumovun və sinif rəhbərlərinin iştirak ilə “Şagirdlərin sığınacaqlarda, daldanacaqlarda yerləşdirilməsi və istifadə qaydaları”, “Fərdi mühafizə vasitələri”, “Qanaxmalar, yanıqlar, sınıqlar və bədbəxt hadisələr zamanı özünəyardım üsulları” mövzularında mühazirələr təşkil edildi, şagirdlərə ətraflı məlumatlar verildi, qarşılıqlı fikir mübadiləsi aparıldı, onları maraqlandıran suallar cavablandırıldı.