Musiqi fənnindən dərs dinləməsi oldu

14 aprel tarixində 118 nömrəli tam orta məktəbdə “ Nümunəvi dərs təqdimatı” layihəsi çərçivəsində ibtidai sinif müəllimi Ü.N.Nəzərlinin 1d sinfində musiqi fənnindən dərs dinləməsi oldu. Dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini E.H.Muqumov, ibtidai sinif müəllimləri F.F.Babayeva, A.S.Həsənli və Azərbaycan dili və ədəbiyyat müəllimi A.Ə.Məmmədova iştirak edirdilər. Dərsdə balaca fidanların səhnələşdirdikləri sözləri Oqtay Zülfüqarovun, musiqisi Xanımana Əlibəylinin olan “Qonaqlıq” mahnısı olduqca maraqla qarşılandı. Dərsin sonunda fərqlənən şagirdlər diplomla təltif olundular. Şagirdləri təbrik edir, onlara uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi