Təmiz əllər sağlamlığın rəhnidir
Suraxanı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin şagirdlər arasında “Su həyatın özüdür” və “Təmiz əllər sağlamlığın rəhnidir” mövzusunda gigiyenik biliklərin artırılması məqsədi ilə informasiya-maarifləndirmə kompaniyasının keçirilməsi üçün metodik təlimatına əsasən bu gün I-XI siniflərdə mühazirələr təşkil olundu. Mühazirələrdə məktəbin tibb bacısı X.Ə.Süleymanova, psixoloq İ.Ə.Qasımova və sinif rəhbələri iştirak etdi. Şagirdlərin diqqətinə çatdırıldı ki, hər bir şəxs gigiyena qaydalarına riayət etməlidir. Əllərin, dırnaqların, ağız boşluğunun, geyimin təmiz və gigiyenik saxlanması şəxsi gigiyenanın vacib şərtlərindəndir. Gigiyena qaydalarına əməl etməklə, xəstəliklərin qarşısını alıb, ömrümüzü uzada bilərik. Gigiyena insan sağlamlığının vacib aspektidir. Sağlamlığın qorunması üçün uşaq yaşlarından şəxsi gigiyena qaydalarına riayət olunmalıdır. Əllərin gigiyenasına riayət olunmaması dizenteriya, qarın yatalağı, virus hepatiti, vəba, salmonellyoz, mədə və ya on iki barmaq bağırsaq xorası, ağızdan keçən virus infeksiyaları və s. xəstəliklərə yoluxmağa ciddi təhlükə yaradır. Əllərin gigiyenası özümüzün və ailə üzvlərimizin sağlamlağının əsas amillərindəndir. Sonda şagirdlərin sualları cavablandırıldı.