28 May-Respublika günü qeyd olundu

May ayının 27-də Suraxanı rayon E.Cəfərov adına 118 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhriyyətinin yaranması,28 May- Respublika günü münasibətilə tədbir keçirildi.Tədbiri giriş sözüylə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sabir Tağıyev, 28 May 1918-ci ildə Şərqin ilk demokratik respublikası olan AXC-nin yaranması tarixindən söz açdı.Natiq Azərbaycan tarixinin şanlı səhifələrindən olan,xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan cümhuriyyətin XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələrinin əsasını qoyduğunu dedi.Sonra tədbirdə məktəbin tarix müəllimi və tədbirin təçkilatçısı Şəfiqə Həsənova da öz çıxışında 23 ay mövcud olmasına baxmayaraq ,Azərbaycan Xalq Cümhuriyyətinin böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadığını qeyd etdi.O,Azərbaycan Xalq Cümhuriyyətinin çox ağır bir tarixi şəraitdə və həssas bir geosiyasi məkanda yaransa da,dövlətçilik tariximizin əsaslarının təməlini qoyduğunu ,ümumimilli lider Heydər Əliyevin "müasir Azərbaycan dövləti məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir"kəlamını xatırladaraq bildirdi ki, ümumimilli lider Heydər Əliyev hər zaman tarixi dəyərlərə,o cümlədən,AXC-nin dövlətçilik ənənələrinə hörmətin və onun ideyalarının təbliğ edilməsinin vacibliyini vurğulayıb.Sonra şagirdlərin bir-birindən maraqlı çıxışları tədbir iştirakçılarının ixtiyarına verildi.Tədbirə cümhuriyyət dövrünun daha da dərindən öyrənilməsi məqsədilə məktəbin 8,9,10,11-ci siniflər arasında keçirilen viktorina xüsusi zövq qatdı.Məktəblilər bu yarışmada çox fəallıq göstərdilər və sonda qaliblər müəyyən edilərək xüsusi diplomlarla təltif edildilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi