“Lütfi Zadə adına məktəblilərarası II Məntiq Olimpiadası”nın ilk turu-məktəbdaxili mərhələsi keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən son dövrlərdə aparılan islahatlar, Milli Kurikulum tətbiqi və proqrama uyğun nəşr olunmuş məktəb dərsliklərinə, DİM və xarici ölkələrdə ali təhsil ocaqlarına aparılan qəbul sistemi tərəfindən qoyulmuş tapşırıqların həllinə nəzər salarkən bir başa məntiqi təfəkkürün tələb olunduğunun şahidi oluruq. Tapşırıqları həll edərkən mütləq şəkildə məntiqi yanaşma tələb olunur. Eyni zamanda beynəlxalq olimpiadalarda, respublika fənn olimpiadalarında da iştirakçıların uğur qazanması onların məntiqi təfəkküründən də asılıdır. Bu kimi hallar bir daha təsdiqləyir ki, məntiqi təfəkkür, məntiqi çalışma və tapşırıqları həll etmə vərdişləri şagirdlərdə inkişaf etdirilməlidir. Odur ki, davamlı yarışlar, müsabiqələr və olimpiadaların keçirilməsi bu vərdişlərin formalaşmasına birmənalı şəkildə müsbət təsir göstərir. Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi və İSTƏK liseyinin birgə təşkilatçılığı “Lütfi Zadə adına məktəblilərarası II Məntiq Olimpiadası”nın ilk turu-məktəbdaxili mərhələsi keçirildi. 118 nömrəli tam orta məktəbin V və VI sinif şagirdləri də olimpiadada iştirak etdilər. Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı, məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdlərin üzə çıxmasına xidmət etməkdən ibarətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi