Konstitusiya və suverenlik ili çərçivəsində ,,22 Aprel Beynəlxalq Yer günü,, nə həsr olunmuş tədbir keçirilib.

"22 Aprel – Beynəlxalq Yer Günü münasibətilə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Namazovanin təşkilatçılığı ilə məktəbin akt zalında təbiət fənnindən bilik yarışı təşkil olundu.
Yarış Azərbaycan respublikasının dövlət himni və şəhidlərimizin xatirəsininin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Yarişda məktəbin VI sinif şagirdlərindən ibarət 6 komanda hər komandada 4 şagird iştirak etdi .
Yarışın məqsədi şagirdlərdə ekoloji düşüncə tərzinin formalaşdırılması, təbiətə olan sevgi və qayğının artırılması idi. Tədbir çərçivəsində şagirdlər komandalar şəklində müxtəlif ekoloji mövzularda sualları cavablandırdılar və biliklərini nümayiş etdirdilər. Eyni zamanda şagirdlər Yer Gününün mahiyyətini əks etdirən ingilis və rus dillərində mahnılar ifa edərək tədbirə rəng qatdılar. Tədbir həm maarifləndirici, həm də əyləncəli atmosferdə keçdi.
Yarişın sonunda qalib gələn 6 d sinfinin komanda üzvləri hədiyyə və fəxri fərmanla təltif olundu.