31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ

1918-ci il martın 30-da Bakıda gecədən başlayıb aprelin 3-dək davam edən kütləvi qırğınlarda minlərlə günahsız insan, o cümlədən çox sayda qoca, qadın və uşaq öldürülüb. Mart soyqırımı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən qəddarlıqla həyata keçirilib. Rəsmi mənbələrə görə, soyqırım nəticəsində təkcə Bakıda 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan itkin düşüb. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Hər il bu tarix Azərbaycanda və bütün dünyada azərbaycanlılar tərəfindən xüsusi olaraq qeyd edilir. 118№-li tam orta məktəbdə də "31 Mart-Azərbaycanlıların Soyqırım günü" geniş qeyd edildi. Bütün siniflərdə ilk dərs “31 Mart-Azərbaycanlıların Soyqırım günü" mövzusuna həsr edildi. Həmçinin tarix dərsləri 6a sinfində-tarix müəllimi Gülməmmədova Sevinc, 8a sinfində-tarix müəllimi Quliyev Sabiq, 10a sinfində-Həsənova Şəfiqə, 10b sinfində-Osmanova Gülər tərəfindən xüsusi olaraq mühazirə formasında təşkil olundu. Dərslərdə məktəb rəhbərliyi iştirak etdi, dərslərin yüksək səviyyədə təşkilinə görə müəllimlərə və şagirdlərə öz minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi