,, Dəyərlərimizi qoruyaq,, layihəsinin icrası ilə bağlı ailələrin və məktəblərin əməkdaşlığı çərçivəsində, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən məktəbdə “Təhsil hər qızın haqqıdır” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Təlimin məqsədi qızların təhsilə çıxış imkanlarının artırılması, ailələrdə təhsil mədəniyyətinin təşviqi və bu sahədə müəllim-valideyn əməkdaşlığının gücləndirilməsi olub.
Tədbirdə məktəbin müəllim kollektivi, valideynlər və AGMA-nın İbtidai sinif müəllimləri birliyinin sədri Ülviyyə Ələkbərova iştirak ediblər. Təlim zamanı iştirakçılar qız uşaqlarının təhsildə qarşılaşdıqları çətinliklər, onların aradan qaldırılması yolları və təhsilin hər bir uşaq üçün əsas hüquq olması mövzusunda məlumatlandırılıblar.
Ülviyyə Ələkbərova çıxışında bildirib ki, təhsilin hər bir uşağın, xüsusilə də qızların cəmiyyətə tam hüquqlu fərd kimi inteqrasiya olunmasında mühüm rolu vardır. O, həmçinin müəllim və valideynlərin bu istiqamətdə üzərinə düşən vəzifələrdən danışıb.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb.