Məktəbin ibtidai sinif müəllimi Gülşən Binnətəliyeva 4 ç sinfinin şagirdləri ilə birlikdə IV Kitab festivalında fəal iştirak edib.
Festival çərçivəsində onlar müxtəlif kitablarla tanış olub, müəlliflərlə görüşüb və maraqlı tədbirlərdə iştirak ediblər. Bu tədbir uşaqlarda kitaba marağın artırılması və oxu mədəniyyətinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edib.