Məktəbdə şagird davranışının düzgün idarə olunması, onların vəzifələri ilə tanış edilməsi və məktəb mühitində nizam-intizamın təmin olunması məqsədilə məktəbin 7-ci siniflərində maarifləndirici söhbətlər təşkil olunub.

Görüş zamanı şagirdlərə məktəb daxili qaydalar, etik davranış prinsipləri, qarşılıqlı hörmətin və məsuliyyətli yanaşmanın əhəmiyyəti izah edilib. Həmçinin, onların hüquq və vəzifələri, eləcə də sinif daxilində və məktəbdə müsbət davranış nümunələri müzakirə olunub. Bu cür maarifləndirici tədbirlərin davamlı olaraq keçirilməsi şagirdlərdə sosial məsuliyyət hissinin formalaşmasına və sağlam məktəb mühitinin yaranmasına töhfə verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi