Məktəbin tarix müəllimi Könül Abdullxalıqova Aprel döyüşlərinin ildönümü münasibətilə "Aprel döyüşləri - Böyük zəfərin başlanğıcı" adlı nümunəvi dərs təşkil etmişdir. Dərs zamanı müəllim, şagirdlərin diqqətini bu tarixi hadisəyə yönəltmək üçün müvafiq təq

Dərsin məqsədi Aprel döyüşlərinin əhəmiyyətini, bu savaşın Azərbaycan tarixindəki yerini və onun müasir dövrdəki nəticələrini şagirdlərə çatdırmaq idi.
Dərs zamanı müəllim, Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun göstərdiyi igidlik və fədakarlıq haqqında danışdı.O, həmçinin döyüşlərin gedişatı, strateji plânlar və nəticələri haqqında ətraflı məlumat verərək, şagirdlərin suallarını cavablandırdı.
Dərs zamanı şagirdlər, Aprel döyüşlərinin Azərbaycan xalqının birliyini, vətənpərvərlik ruhunu artırdığına dair fikirlərini bölüşdülər.
Nümunəvi dərsdə müəllim, Aprel döyüşlərinin yalnız bir hərbi fəaliyyət olmadığını, eyni zamanda Azərbaycan xalqının iradəsinin, gücünün və ədalət uğrunda mübarizəsinin simvolu olduğunu vurğuladı.