Aprel Döyüşləri – Zəfərə Açılan Yol

Azərbaycan xalqı tarix boyu çətin sınaqlardan şərəflə çıxmış, öz iradəsi və mübarizəsi ilə yeni zəfərlər qazanmışdır. Bu qürurlu səhifələrdən biri də 2016-cı ilin Aprel döyüşləridir.

9 il əvvəl, Ermənistanın təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatları həyata keçirdi və düşmənə ağır zərbələr endirdi. 4 günlük döyüşlər nəticəsində 2 min hektardan artıq ərazi işğaldan azad edildi, strateji yüksəkliklər nəzarətə götürüldü. Bu qələbə Azərbaycan Ordusunun döyüş qabiliyyətini və qüdrətini bütün dünyaya göstərdi.

Aprel döyüşləri xalqımızın işğal altındakı torpaqlarımızın azad ediləcəyinə inamını daha da möhkəmləndirdi. Və bu inam 2020-ci ildə – 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük Zəfərə çevrildi.

Bu gün məktəbin tarix müəllimi Elnurə Quliyeva 11 a sinfində ,, Aprel döyüşləri- Zəfərə açılan yol, mövzusunda nümunəvi dərs keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi