Baharın gəlişinin carçısı olan Novruz bayramı Suraxanı rayonunda da böyük izdihamla qeyd olunub.

Martın 17-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev,məktəb direktorları, müəllimlər,idarə və təşkilatların rəhbərləri, işçiləri,şagirdlər iştirak etmişdir.
Bayram tədbirində Suraxanı rayonunda yerləşən məktəblər,uşaq baxçaları, mədəniyyət evləri öz Novruz atributları, şagirdlərin bayram əhval ruhiyyəli çıxışları ilə iştirak etmişdir.
Məktəbimiz də öz növbəsində tədbirdə iştirak etmişdir.Şagirdlərimiz rəngarəng səhnəciklər,musiqi nömrələri ilə çıxiş etmişdir.