Elm və təhsil nazirinin 28.02.2025-ci il tarixli 3-29-69/3-2-06F/2025 nömrəli əmri ilə 4-10 mart 2025-ci il tarixlərində ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.

Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin artırılması məqsədilə həftə ərzində məktəbdə idman və estafet yarişları,qol güləşi, basketbol və voleybol yarışları və s keçirilir.
Məktəbin fiziki tərbiyə müəllimi Fikrət Nuriyev 7ə sinifinin oğlan şagirdləri ilə səhər gimnastikasi keçirdi.