Məktəbin psixoloqları Səid Lətifli və Aytac Məmmədova tərəfindən məktəbdə mütəmadi olaraq şagirdlərlə görüşlər keçirilir.
Məqsəd müxtəlif sinif şagirdləri arasında gərginliyi azaltmaq,xoş əhval-ruhiyyə yaratmaq, dostluq və yoldaşlıq münasibətlərini tənzimləmək və şagirdlərə psixoloji dəstək olmaqdan ibarətdir.