Oxu texnikasının yoxlanılmasına start verildi
“Təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması və mövcud vəziyyətin öyrənilməsi” məqsədi ilə 3c sinfində oxu texnikası yoxlanıldı. Yoxlamada məktəbin direktoru N.Ağcayev, təlim-tərbiyə işləri üzrə direktor müavini E.Muqumov, Azərbaycan dili və ədəbiyyat müəllimi A.Məmmədova, ibtidai sinif müəllimləri F.Babayeva və N.Ülviyyə iştirak edirdi. Yoxlama zamanı şagirdlərin bir dəqiqə ərzində sürətli, düzgün, şüurlu oxusu nəzərə alındı. Qeyd olundu ki, düzgün oxu texnikası olmazsa, düzgün yazı və anlama da olmaz. Sonda fərqlənən şagird Misiyeva Leyla Samir qızı fəxri fərmanla təltif olundu. Aprel ayında digər siniflərdə də oxu texnikasının məktəb rəhbərliyi tərəfindən yoxlanılması nəzərdə tutuldu.