17.01.2025-ci il tarixində məktəbin UBT rəhbəri Sinarə Məmmədovanın təşkilatçılığı ilə məktəbin şagirdləri 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar olaraq, Şəhidlər xiyabanı ziyarət etmişdir .
Bu əlamətdar gün münasibətilə şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib, onların qəhrəmanlıqları xatırlanıb. Şagirdlər əziz şəhidlərin məzarları üzərinə gül dəstələri qoyub, dua edərək, onların xatirəsini əbədiləşdiriblər.
20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik və azadlıq mübarizəsinin mühüm mərhələsi olaraq tarixi yaddaşda qalır.