İnsan alveri bəşəri faciə və mənəvi terror.

Məktəbdə "İnsan alveri bəşəri faciə və mənəvi terrordur" mövzusunda şagirdlərlə söhbət aparılıb. Söhbət zamanı, insan alverinin cəmiyyətimizdə yaratdığı mənəvi və fiziki travmalara, həmçinin bunun fəsadları barədə məlumat verildi.Şagirdlərə insan alverinin sadəcə fiziki zorakılıq və istismar deyil, eyni zamanda insanın azadlıq və layiqli yaşam hüquqlarının pozulması olduğu vurğulandı.

İnsan alverinin əslində bəşəriyyətin üzləşdiyi ən böyük faciələrdən biri olduğu şagirdlərin nəzərinə çatdırıldı.Şagirdlərə bu məsələnin hüquqi və etik tərəfləri haqqında məlumat verildi, həmçinin insanlar arasında empatiya və hörmətin vacibliyi vurğulandı. Söhbət əsnasında şagirdlər, insan alverinə qarşı mübarizədə ictimaiyyətin və xüsusən də gənclərin aktiv rol oynamalarının əhəmiyyətini müzakirə etdilər.

Həmçinin, mövzu ilə bağlı məlumatlandırma və maarifləndirmə işlərinin əhəmiyyəti və hər bir insanın bu faciəyə qarşı həssas olmasının vacibliyi xüsusi olaraq qeyd olundu. Bu cür müzakirələrin şagirdlərə insan hüquqları, bərabərlik və ədalət prinsiplərini dərk etmələrinə kömək etdiyi vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi