"Yaradıcı müəllim: yaradıcı tətbiqetmə" mövzusunda təqdimat müsabiqəsinin şəhər (final) mərhələsi keçirilir.

Müsabiqədə 118 nömrəli tam orta məktəbin məktəbin üç nəfər müəllimi: Pərvanə Çopsiyeva, Xədicə Hidayətova və Nəzakət Rəhimova iştirak edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən müsabiqənin şəhər mərhələsində müəllimlər seçdikləri mövzunu münsiflər heyəti və dinləyicilərə 8 dəqiqəlik interaktiv çıxış formatında təqdim ediblər.
Müsabiqənin nəticələri ilə bağlı məlumat yaxın günlərdə açıqlanacaq.
Müsabiqədə iştirak edən müəllimlərə uğurlar arzulayırıq.