Ulu öndər Heydər Əliyevin anım günü ərəfəsində məzarı ziyarət olunub.

Məktəbin ibtidai sinif müəllimləri Fidan Minxanlı və Sevinc Səfərova rəhbəri olduqları sinfin şagirdləri ilə birlikdə Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində onun məzarını ziyarət etmişlər. Ziyarət zamanı şagirdlər Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş xatirə kitablarını oxumuş, onun ölkəmizə etdiyi misilsiz xidmətləri haqqında məlumatlar almışlar. Bu tədbir, şagirdlərə Heydər Əliyevin Azərbaycan tarixindəki rolunu daha dərindən anlamağa və onun mirasını yaşatmağa kömək etmişdir. Ziyarət əsnasında şagirdlər Ulu Öndərə dərin ehtiramlarını bildirərək, məzarı önünə tər çiçəklər qoymuşlar. Bu cür tədbirlər gənc nəsildə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi