Suraxanı Gənclər Evində gənclər üçün “Məqsədin müəyyənləşdirilməsi” mövzusunda növbəti təlim keçirilib.

Təlimdə məktəbin riyaziyyat müəllimi Fərqanə Əliyeva rəhbəri olduğu 10 a sinfinin şagirdləri ilə birlikdə iştirak edib.

Təlim zamanı iştirakçılara məqsəd seçimi, effektiv planlama və bu məqsədlərə çatmaq üçün əsas strategiyalar barədə praktiki və faydalı məlumatlar təqdim edilib.

Təlim, gənclərin şəxsi və karyera inkişafına dəstək olmaq, onların potensialını üzə çıxarmaq və gələcək hədəflərinə daha güvənlə irəliləmələrinə ilham vermək məqsədi daşıyıb. Tədbir gənclər tərəfindən böyük maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi