Korrupsiyaya yox deyək.

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 22.02.2024-cü il tarixli, 3-29/3-2-78F/2024 nömrəli əmri ilə nazirliyin Iş planı təsdiq edilmişdir.

Bu planın icrasına əsasən məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Kəmalə Əmirzadə tərəfindən məktəbin bir neçə sinfində "Korrupsiyaya qarşı mübarizə" mövzusunda maarifləndirici seminar keçirilib. Seminarın məqsədi şagirdlərə və məktəb icmalarına korrupsiya mövzusu ilə bağlı məlumat vermək, bu sosial bəlanın qarşısının alınması üçün fərdi və ictimai səviyyədə atılacaq addımları izah etmək idi.

Seminar zamanı iştirakçılara korrupsiyanın zərərləri, onun cəmiyyətə və iqtisadiyyata vurduğu ziyanlar, həmçinin korrupsiyaya qarşı mübarizədə qanunvericilik və hüquqi tədbirlər haqqında ətraflı məlumat verildi. Kəmalə Əmirzadə, korrupsiyaya qarşı mübarizənin hər bir vətəndaşın məsuliyyəti olduğunu və gənc nəsil üçün bu mövzunun önəmli olduğunu vurğuladı. Seminar interaktiv formada keçirildi, iştirakçılar arasında fikir mübadiləsi aparıldı və suallar cavablandırıldı.

Bu cür maarifləndirici tədbirlərin, gənclər arasında korrupsiyaya qarşı mübarizə şüurunun formalaşdırılmasında mühüm rol oynayacağı bildirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi