Məktəbin ərazi ilk partiya təşkilatının sədrinin hesabat iclası keçirildi

Bu gün məktəbin ərazi ilk partiya təşkilatının sədrinin hesabat iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru N.F.Ağcayev iştirakçıları iclasın gündəliyi ilə tanış etdi. İclasın gündəliyində aşağıdakı məsələr var idi: 1.118 nömrəli tam orta məktəbin ərazi ilk partiya təşkilatının sədri N.F.Ağcayevin hesabatı. 2.118 nömrəli tam orta məktəbin ərazi ilk partiya təşkilatının sədrinin və katibinin seçilməsi. 3.YAP Suraxanı rayon təşkilatının IX konfransının nümayəndələrinin seçilməsi. 4.YAP-a yeni üzvlərin seçilməsi. Birinci məsələ barədə N.F.Ağcayev çıxış edərək bildirdi ki, məktəb təşkilat üzvləri YAP -ın yaradıcısı Ulu öndər Heydər Əliyev ənənələrinə sadiq qalmış, keçirilmiş dövlət tədbirlərində fəal iştirak etmişlər. İkinci məsələ ilə bağlı YAP Suraxanı rayon Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva çıxış etdi. O, son dövrdə məktəbin istər ictimai, istərsə də dövlət tədbirlərində fəal iştirakını vurğuladı. Qeyd etdi ki, təhsilin cəmiyyətdə baş verən neqativ halların qarşısının alınmasında çox böyük rolu vardır. Cəmiyyətin son dövrdə sosial şəbəkələrdə olan xoşagəlməz sonluqla nəticələnən, hətta faciəvi nəticələrə gətirib çıxaran hadisələrin qarşısının alınmasında təhsil işçilərinin, məktəbin gücünə ehtiyacı var. Daha sonra YAP Suraxanı rayon təşkilatının IX konfransının sədri N.F.Ağcayev, katib isə M.Ə.Qarayeva seçildi. Həmçinin YAP-a yeni üzvlər: A.Məmmədova, F.Nuriyev, A.Məlikova, Z.Əfəndiyeva və G.Gülənmədova seçildi. Sonda xatirə şəkli çəkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi