"Xarı bülbül qoxulu Zəfər Günü" adlı tədbir keçirilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 07 sentyabr 2021-ci il tarixli, F-429 nömrəli əmri ilə təsdiq olunmuş 27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər planına əsasən 4 noyabr 2024-cü il tarixində məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Kəmalə Əmirzadənin və Azərbaycan dili müəllimi Aynur Qafarlının birgə təşkilatçılığı ilə,,, Zəfər Günü,,nə həsr olunmuş ,,Xarı bülbül qoxulu Zəfər Günü,, adlı tədbir keçirildi.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Azərbaycan Respublikasının Suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsi zamanı qəhrəmsncasına şəhid olan vətən övladlarının müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi, şəhidlərimizin xatirəsi qürur və ehtiramla anıldı.
Sonra isə şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda şeirlər, mahnılar söylənildi, ədəbi- bədii kompozisiyalar, rəqslər nümayiş etdirildi.
Sonda məktəbin direktoru Nizaməddin Ağcayevə söz verildi.Məktəbin direktoru çıxış edərək Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk olunmuş 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində doğma torpaqlarımızın işğaldan azad olunmasından və tarixi ədalətin bərpa edilməsindən bəhs etdi.
Sonda tədbirin təşkilində əməyi olan bir qrup müəllim və valideynlər Pəri Tarverdiyeva,
Yusifzadə Türkanə,Məmmədova Şahnaz direktor tərəfindən diploma təltif olundu.
Tədbirin təşkilində köməyi olan valideynlər Tarverdiyeva Pəri,Yusifzadə Türkanə,Məmmədova Şahnaza təşəkkür edirik.