“Eko-təqdimatlar” layihəsinə start verilib
2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini "Təhsili Dəyərə Çevirək" devizi altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də "Ekologiya və Sağlamlıqdır". Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində bu məqsədlə "Eko-təqdimatlar" layihəsinin keçirilməsi planlaşdırılır. Layihə çərçivəsində ilk mühazirə 07.03.2017-ci il tarixdə saat 14:30 -da Səbail rayonu 189-190 nömrəli tam orta məktəbdə keçirilmişdir. Mühazirədə məktəbimizin biologiya müəllimi Bəsti Alıyeva iştirak etmişdir. Mühazirəni giriş sözü ilə Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşı Sevinc Əzimova açaraq layihənin keçirilməsində əsas məqsədin şagirdlərdə ekoloji bilik, ekoloji mədəniyyət, ekoloji etikanın formalaşdırmaq olduğunu vurğuladı. Çıxışında qeyd etdi ki, mart ayı "Alternativ enerji" aylığıdır. Layihə çərçivəsində ilkin təqdimatlar milli dəyərlərimizin təbliği istiqamətində Novruzun ilaxır çərşənbələrinin 4 ünsürü (su, od, hava və torpaq) mövzusuna həsr olunan mühazirələr dinlənildi və müxtəlif aktual ekoloji mövzular haqqında məlumat verildi.