Uşaq Hüquqları Aylığı.
Uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir. Cəmiyyətin həssas üzvü olan uşaqların xüsusi müdafiəyə ehtiyacı var. Bu baxımdan hər kəs onların hüquqlarının və maraqlarının qorunmasını təmin etməli, uşaqlara qayğısını əsirgəməməlidir.
Ölkəmiz 20 noyabr 1989-cu ildə qəbul olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmaqla öz üzərinə bir sıra öhdəliklər götürmüş, milli qanunvericilik təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atılmışdır.
Uşaq hüquqlarının səmərəli müdafiəsi və təşviqinə nail olmaq məqsədilə hər il olduğu kimi, 2023-cü ildə də “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində Ombudsman tərəfindən ölkədə 20 oktyabr - 20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilir.
Bu gün məktəbin psixoloqları, UBT rəhbəri və sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçının iştirakı ilə məktəbin bir neçə siniflərində ,,Uşaq hüquqları,, ilə bağlı söhbət aparılıb,şagirdlərə onların hüquqları barədə məlumat verildi.Şagirdləri maraqlandıran suallara cavab verildi.