“Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”
“Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”
Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və“Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb.
Bu qaydalar təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verir.
“Şagird davranış qaydaları” 6 bölümdən ibarətdir:
1. Davamiyyət və punktuallıq
2. Geyim vəxarici görünüş
3. Təhlükəsizlik
4. Öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi
5. Ümumi təhsil müəssisəsinin əmlakı və şəxsi əşyalara qayğı
6. Etik davranış
Bu gün məktəb psixoloqları,UBT rəhbəri və sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı tərəfindən məktəbin 10-11 ci sinif şagirdləri üçün,, Şagird davranış qaydaları,, ilə bağlı maarifləndirici seminar keçirilib.Seminarda şagirdlərə ,,Şagird davranış qaydaları,, haqqında məlumat verilib.Onlara bu qaydalara əməl etmək tövsiyə olunub.