X Bakı Beynəlxalq Kitab Sərgisinə ekskursiya olunub

X Bakı Beynəlxalq Kitab Sərgisinə ekskursiya olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2024) təşkil olunub.

Bu ilki yubiley sərgisi dahi Azərbaycan șairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunub. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İrlandiya, Almaniya, Venesuella və digər ölkələrdən tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak ediblər.

Məktəbin UBT rəhbəri Sinarə Məmmədovanın rəhbərliyi və tarix müəllimi Amənə Kərbalayevanin təşkilatçılığı ilə məktəbimizin bir qrup şagirdləri də sərgidə iştirak etdi.

Şagirdlərin böyük marağına səbəb olan sərgidə uşaqlar və böyüklər üçün ustad dərsləri və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, müsabiqələr, qiraət və musiqi saatları keçirilib.Sagirdlər sərgidən xoş təəssüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi