"Qəhrəmanlar qurur mənbəyimizdir ,,.

"Qəhrəmanlar qurur mənbəyimizdir ,,.

“27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən bu gün E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə 27 Sentyabr Anım günü ilə bağlı "Qəhrəmanlar qurur mənbəyimizdir" mövzusunda tədbir keçirildi.

Tədbirdə Höccət İbn Həsən məscidinin dini icmasının sədri Allahverən Məmmədzadə,Şəhid ailə üzvləri,qazilər, müəllim və şagird kollektivi iştirak etdi.

Tədbir Azərbaycan respublikasının Dövlət bayrağının gətirilməsi, Dövlət Himninin səsləndirilməsi,sonra isə "44 Günlük Vətən müharibəsi" və Azərbaycan torpaqları uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Ardınca şagirdlərimizin şəhidlər haqqında şeirlər, vətənpərvərlik ruhunda mahnılar, kompozisiyalar ilə çıxış etdi.

Sonra qazi və şəhid ailə üzvləri çıxış etdi.

Sonda məktəbin direktoru Nizaməddin Ağcayev çıxış etdi.

O çıxışında bildirdi ki,27 sentyabr tariximizin ən əlamətdar, ən müqəddəs günlərindən biridir. Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərinə, bütün şəhidlərinə dərin ehtiram əlaməti olaraq "Anım Günü" kimi qeyd edilir. Bizim igid oğullarımız 30 ildən sonra elə bir zəfər tarixi yazdılar ki, bütün dünyaya türkün gücünü, qüdrətini sübut etdilər. II Qarabağ müharibəsi 44 səhifəlik bir dastana döndü".

Sonda şagirdlər vətənpərvərlik musiqisi sədaları altında siniflərə daxil oldu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi