Ümumdünya Mülki Müdafiə Günü
118 nömrəli tam orta məktəbin 2017 –ci ilin mülki müdafiə tədbirlər planına əsasən 01 mart 2017 –ci il tarixində “Mülki müdafiənin fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda “1 mart Ümumdünya Mülki müdafiə günü” keçirilmişdir. Məşqin keçirilməsində məqsəd obyektin işçilərinin, MM qüvvələrinin fövqəladə hadisələr zamanı fəaliyyət göstərməyə hazırlıq səviyyəsini müəyyən etmək, şagirdlərin fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə biliklərini artırmaq, mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasının və MM idarəetmə orqanlarının fövqəladə hallar üzrə komissiyaların fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi hazırlığını yoxlamaq,şagirdlərə fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və operativ olaraq yerinə yetirilməsi üzrə praktiki vərdişlərin öyrədilməsidir. Məşqin keçirildiyi dövrdə aşağıdakı tədbirlər yerinə yetirilmişdir:1. MM məşqinə cəlb edilmiş işçilər, MM qüvvələri komandirlərinin və fövqəladə hallar komissiyasının üzvlərinin toplanışı keçirilmişdir.2. İşçilərlə dərslər keçirilmiş və biliyi yoxlanılmışdir. 3. MM məşqinin gedişi zamanı işçilərlə xilasetmə, ilk tibbi yardım göstərmə, ictimai asayişi qoruma və yanğınsöndürmə sahələrindəki fəaliyyətləri yoxlanılmışdır.4. Rəhbər sənədlərin işlənib hazırlanması və məşqdə onlardan istifadə edilməsi qaydaları mənimsənilmişdir.