İlk dərs "Yaşıl dünya naminə həmrəylik" mövzusuna həsr olunub.
Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə əmrə əsasən, məktəblərin II-XI siniflərində ilk dərs "Yaşıl dünya naminə həmrəylik" mövzusuna həsr olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.
Bu münasibətlə məktəbin 3 c sinif müəllimi Fəridə Balayeva öz şagirdləri ilə məktəbin həyətyanı sahəsində ağac əkdi.