"Salam məktəb" adlı tədbir keçirildi.

Bu gün E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə yeni tədris ilinin başlanması münasibətilə "Salam məktəb" adlı tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Bayrağının gətirilməsi və Azərbaycan Respublkasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra məktəbin direktoru Nizaməddin Ağcayev müəllimləri, şagirdləri, valideynləri yeni, 2024-2025 ci tədris ilinin başlanması münasibətilə təbrik etdi. Məktəbin keçən tədris ilindəki nailiyyətləri barədə məlumat verdi. Təhsil nazirinin ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin ilk dərs məşğələsi haqqında əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin ilk dərsin "Yaşıl dünya naminə həmrəylik" mövzusuna həsr olunacağını qeyd etdi. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin Hövsan qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəsi qazı Qurbanəli İslamov, məktəbin məzunu Qarabağ Universitetinin tələbəsi Nuray Səfizadə çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə şagird və müəllim heyətini təbrik etdi.Tədbirin bədii hissəsində məktəbə ilk dəfə qədəm basan körpə balaların rəngarəng çıxışları hər kəsin zövqünü oxşadı.Şagirdlərimizin ifasında müəllim,məktəb haqqında şeirlər səsləndirildi, İlk zəngin səslənməsi ilə həyəcan dolu addmlarla birincilər, daha sonra məktəbin digər şagirdləri doğma məktəbə daxil oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi