"Çərşənbə iməcilikləri" keçirilir
2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi altında həyata keçirir.Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də “Ekologiya və Sağlamlıq”dır. Ekoloji dünyagörüşə malik insanlar yetişdirmək üçün ekoloji bilik,ekoloji mədəniyyət və ekoloji etikanın formalaşdırılması mütləqdir. Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində müxtəlif ekoloji layihələrin həyata keçirilməsi planlaşdırılmışdır. Hal-hazırda Novruz bayramı və ilaxır çərşənbələr ərəfəsində həyata keçirilməsi planlaşdırılan fəaliyyətlərdən biri də “Çərşənbə iməcilikləri”dir. Fəaliyyətdən irəli gələrək 2016/2017-ci tədris ilinin Novruz bayramı ərəfəsində 4 ilaxır çərşənbə günləri münasibəti ilə məktəbyanı ərazilərdə iməciliklərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə bu gün məktəbimizin müəllim və şagirdlərinin iştirakı ilə məktəbyanı ərazidə “Çərşənbə iməciliyi” keçirildi. İməclik iştirakçıları məktəbyanı sahədə abadlıq işləri apardılar,ağacların dibini boşaltdılar.Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərimizi Azərbaycan tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırmaq,bu adət-ənənələri davam etdirmək və vacib milli dəyərləri qoruyub saxlamqdan ibarətdir.