"Təhsilverənlərin etik davranış qaydaları" ilə bağlı maarifləndirici görüşlər keçirilib.

İyunun 4-də məktəb rəhbərliyi və pedaqoji kollektivin iştirakı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyası tərəfindən “Təhsilverənlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi və “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında” əsasnaməyə uyğun olaraq,"Təhsilverənlərin etik davranış qaydaları" ilə bağlı maarifləndirici iclas keçirilib. İclas zamanı məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edib bildirdi ki, "Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyinin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir."

İclasın sonunda mövzu ilə bağlı təhsilverənlərin rəy və təklifləri dinlənilib, müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi