Suraxanı rayonunda 1 İyun – Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə musiqili-əyləncəli tədbir keçirilib.
Suraxanı rayonunda 1 İyun – Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə musiqili-əyləncəli tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, həmçinin digər idarə və təşkilatların nümayəndələri şəhid və qazi övladları, Suraxanı rayon məktəbləri iştirak etmişlər.Rayonun məktəbliləri tədbirdə tullantılardan hazırlanmış əl işləri,həmçinin müxtəlif rəqs və ifalarla çıxış etdilər.
RİH başçısı Əziz Əzizov və qonaqlar rayonun məktəblilərinin hazırladıqları əl işləri ilə tanış olmuş və uşaqların təqdimatlarını dinləmişlər.
Daha sonra Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan konsert proqramında rəngarəng çıxışlar nümayiş olunmuşdur.
Qeyd olunmuşdur ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınmışdır. Həmçinin, Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülür. Bildirilmişdir ki, Ümummilli liderimiz, Ulu Öndər Heydər Əliyev uşaqlara hər zaman diqqət və qayğı göstərmiş, onların sağlam və milli ruhda böyüməsi üçün əlindən gələni əsirgəməmişdir. O, demişdir ki: "Uşaq ağacın kövrək budağına bənzər, onu qayğı ilə qorumaq və yetkinliyə qədər əzizləmək, müdafiə etmək lazımdır ki, sınmasın, əzilməsin, qurumasın."
Məktəbin ibtidai sinif müəllimləri Nərgiz Əliyeva və Aytəkin Allahverdiyeva öz şagirdləri il bir neçə rəqs və şoularla tədbirdə fəal iştirak etmişdir.Tədbir şagirdlərin yaddasında xoş iz buraxdı.
Bütün şagirdlərimizi "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə təbrik edirik.Qoy dünyada bütün uşaqlar sağlam və xoşbəxt olsunlar.